Səbailli uşaqlar “Yaxt klüb”da əyləndilər
3-06-2018, 06:33
«Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi ondan asılı olacaqdır»
Heydər Əliyev
teref.az - 1950-ci il iyun aynın 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunmuş «Qadınların Beynəlxalq Konfransı»nda 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınmışdır. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın 190-a yaxın ölkəsində, o cümlədən Azərbaycanda bu gün qeyd olunur.
Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da insan haqlarının qorunmasına xüsusi önəm verilir. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqların bizim gələcəyimiz və ölkəmizin gələcəyinin onların əlində olmasını nəzərə alsaq onların müdafiəsinə hamınıqla qoşulmaq bizim borcumuzdur.
Gələcəyimiz olan uşaqların vətənpərvər ruhda, sağlam böyüməsi istiqamətində aparılan işlər hər zaman Səbail Rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı hazırlanmış, keçirilən tədbirlərə daha çox uşaq iştirak etmişdir.
Bayramla əlaqədar Səbail Rayon İcra Hakimiyyəti və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə müxtəlif sahələr üzrə istedadı olan uşaqların, idmançıların, əlil və sağlamlığı məhdud olan, İcma əsaslı reabilitasiya mərkəzində xidmət göstərilən, müxtəlif uşaq evlərində tərbiyə alan uşaqların, rayondakı 219 saylı evdə-məktəbin şagirdlərinin, həmçinin rayonun aztəminatlı ailələrinin uşaqları, ümumilikdə 200-dən çox uşaq üçün Dənizkənarı Milli Parkdakı “Yaxt klub”da əyləncəli bayram tədbiri keçirilmişdir.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Xalidə Bayramova burada iştirak edən bütün uşaqları və onların valideynlərini Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə təbrik etmiş, onlara can sağlığı, xöşbəxt həyat və səadət arzulamışdır. Bayramın tarixçəsindən danışan Xalıdə Bayramova bildirilmişdir ki, hazırda Azərbaycanda əhalinin 29 %-ni 18 yaşınadək uşaqlar təşkil edir. Uşaqlar dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuşlar.
Qeyd olunmuşdur ki, Azərbaycanda Uşaq siyasətinin əsası Ümummillli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan körpələri hər il Heydər Əliyevlə olan görüşlərdən sonsuz coşqu və böyük ilham alırdılar. Bu səmimi görüşlər hər bir uşağın yaddaşında əbədi iz qoymuşlar.
Uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin Uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayıcağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.
Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu gün də səfərbər olunmasına yönəlmişdir. Fondun «Yeniləşən Azərbaycana yeni məktəb» layihəsi əsasında ötən illər ərzində respublikamızın ən müxtəlif bölgələrində yüzlərlə müasir məktəb binası tikilib istifadəyə verilmiş, xeylı körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunmuşdur.
Bu gün dövlətimiz hər bir Azərbaycanlı uşağının yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır. Məqsəd – uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir.
Tədbirdə populyar incəsnət xadimləri ilə yanaşı istedadlı uşaqların ifasında konsert proqramı təşkil olunmuş, şən klounlar və məzhəkəçilər tədbiri daha da canlandırmış və yaddaqalan etmişdir. Sonda təşkilatçılar tərəfindən uşaqlara hədiyyələr təqdim olunmuşdur.