“Xüsusi təyinatlı” filminin İsmayıllıda təqdimatı

6-06-2018, 20:11           
“Xüsusi təyinatlı” filminin İsmayıllıda təqdimatı
Teref.iunfo - Azərbaycanın Milli Qəhrəmanı Mehdi Abbasovun doğum məkanı Qərbi Azərbaycan, sonrakı yaşayış yeri, orta və ali təhsil aldığı ölkə Qazaxıstan, şəhidlik məqamına yetdiyi torpaq Azərbaycan torpağı olub.
6 iyun 2018-ci il tarixdə İsmayıllı şəhər Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Yaddaş” studiyasının Milli Qəhrəman Mehdi Abbasova həsr olunmuş “Xüsusi təyinatlı” filminin təqdimatı olub. Təqdimatdan əvvəl “Şəhidlər xiyabanı” ziarət edilib.
Gənclərin mütəşəkkilliklə iştirak etdiyi təqdimat mərasimində Mədəniyyət Nazirliyinin əməkdaşı Almaz Sultanova çıxış edib, filmin çəkilişi, “Yaddaş” silsiləsindən bundan sonra çəkiləcək filmlər barədə danışıb, təqdimat üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.
“Xüsusi təyinatlı” filmi nümayiş etdirilib.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Sevil Əhmədova çıxış edərək bu mövzulu filmlərin gənclərin vətənpərvərlik tərbiyəsində böyük əhəmiyyət daşıdığından, şəhidlərin xatirəsinin yaddaşlarda daha da möhkəmlənməsinə, torpaqlarımızın işğaldan azad olunmasına, xalqın mübarizlik ruhunun daha da artmasına xidmət etdiyindən danışıb. Filmi çəkənlərə, təqdim edənlərə rayon rəhbərliyinin təşəkkürünü çatdırıb.



















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.