Siciliya və Sardiniya adaları su altında qala bilər – Leysan yağışlar, sürüşmə…

4-11-2018, 18:43           
Siciliya və Sardiniya adaları su altında qala bilər – Leysan yağışlar, sürüşmə…
leysan yağışlar və torpaq sürüşmələri səbəbilə, İtaliyanın Siciliya və Sardiniya adalarında ən yüksək təhlükəli hava şəraiti elan olunub.

«RaiNews 24» telekanalının məlumatına görə, «təhlükəliliyin qırmızı səviyyyəsi» leysan yağışların yaxınlaşdığından, küləyin sürətlənəcəyindən, sunami və subasmalardan xəbər verir. Bundan əvvəl belə rejim Venesiyada tətbiq olunub. Yağışlar səbəbilə, bu şəhərin 2/3 hissəsi su altında qalıb.

Siciliyanın Palermo şəhərində pis hava şəraiti səbəbilə, məktəblər bağlanıb, Sardiniyada isə səhər saatlarında bir nəfər alman turist qadını ildırım vurub öldürüb.

Təbii fəlakət qurbanlarının ümumi sayı 20-yə yaxınlaşır. Ölkənin şimalında və Liquriya sahalindəki bir sıra xırda yaşayış məntəqələrinin xarici aləmlə əlaqəsi kəsilib.
AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.