ABŞ-ın Asiya-Sakit okean regionundakı qoşunlarının komandanı admiral Harri Haris Çinə səfər edəcək.
Axar.az xəbər verir ki, admiralın səfəri zamanı son günlərdə iki ölkə arasında müharibə həddinə çatan gərginlik müzakirə olunacaq.
Qeyd edək ki, oktyabrın 27-də ABŞ döyüş gəmisi Pekinin Cənubi Çin dənizində mübahisəli ərazilərinə girib. Pekin isə cavab olaraq ABŞ-la müharibədən qorxmadıqlarını açıqlayıb.