15 yaşlı kompüter dahisi İngiltərənin yüksək tirajlı iki qəzetində “uşaq üzlü haker” adıyla manşetə çıxarılıb.
teref.az Axar.az-a istinadən xəbər verir ki, İngilis telekommunikasiya şirkəti TalkTalkın hesablarına hücum edib 4 milyon müştərinin bank məlumatlarını ələ keçirəndən sonra həbs edilən Aaoreon Sterrit girov qarşılığında sərbəst buraxılıb.
Böyük qalmaqala səbəb olan kompüter dahisinin yataq otağından çölə çıxmadığı və şiddət video oyunlarının aludəçisi olduğu üzə çıxıb.
Qeyd edək ki, bu hücumun nəticəsində 100 milyon sterlinq zərərə uğrayan TalkTalkın səhmləri 16% ucuzlaşıb.