Vaşinqtonla Moskva arasında Ukrayna, Suriya və bəzi başqa bu kimi mövzularda bir sıra ciddi ziddiyyətlər var, ancaq “soyuq müharibə” iki fövqəldövlətin qarşısdurması idi, Rusiya isə daha fövqəldövlət deyil. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.
“Heç bir şübhə yox ki, bizim xüsusən də Ukrayna və Suriya ilə ağlı ciddi fikir ayrılıqlarımız var” – qeyd edib Ernest. Onun sözlərinə görə, “soyuq müharibə” iki supergücün qarşıdurmasından ibarət olub, Rusiya isə hazırda belə bir güc deyil.
Bundan qabaq ABŞ-ın Rusiyadakı səfiri Con Tefft və SSRİ-nin birinci və axırıncı prezidenti Mixail Qorbaçov görüş zamanı Rusiya ilə ABŞ arasında münasibətləri müzakirə eləmişdilər.