Rus təyyarəsi Misirdə qəzaya düşdü - Yeniləndi

31-10-2015, 12:56           

Rusiya təyyarəsi Misirin Sinay yarımadasında qəzaya düşüb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Qəzaya düşən təyyarə Şarm əş Şeyx şəhərindən Sankt-Peterburqa uçuş həyata keçirib.

İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 212 adam olub. Ölən və yaralananlar haqqında heç bir məlumat verilmir.

***

11:40

Misirdə qəzaya düşən Rusiya sərnişin təyyarəsinin qalıqları tapılıb.

Bu barədə Misirin “Youm7” saytı məlumat yayıb.

Saytın məlumatına görə, Misir təhlükəsizlik qüvvələri qəza baş verən ərazini nəzarətə götürüblər. Qəza yerinə 20-yə yaxın təcili tibbi yardım maşını göndərilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.