Saakaşvilidən şok: “İvanişvili İrəvana...”

31-10-2015, 14:30           

Keçmiş Baş nazir Bidzina İvanişvili “Qazprom”un əsas səhmdarlarından biridir.

Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına Gürcüstanın keçmiş Baş naziri Mixail Saakaşvili söyləyib. Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti ölkənin iqtisadiyyatını məhv edib:

“Bütün Avropa “Qazprom”dan canını qurtarmaq istədiyi vaxtda, İvanişvili onu Gürcüstana geri qaytardı. O, Gürcüstanı Rusiya bazarından tam asılı vəziyyətə salmaqla ölkə iqtisadiyyatını məhv etdi. İndi o, Ermənistana dəmiryol xətti açmaq istəyir. Bu isə Gürcüstanın strateji maraqlarına birbaşa ziddir. İvanişvilidən bunu Rusiya tələb edir. Onlar indi də mənim Gürcüstan vətəndaşlığımın ləğv edilməsini sifariş ediblər. Onlar məni ölkədən çıxmağa məcbur etdikləri kimi indi də seçkilərə yolumu bağlamaq istəyirlər”.

Qeyd edək ki, bundan öncə Gürcüstan Ədliyyə naziri Tea Tsulukiani yaxın günlərdə Mixail Saakaşvilinin Gürcüstan vətəndaşlığının ləğv ediləcəyini açıqlamışdı. Hökumət həmçinin Saakaşvilinin “Rustavi-2” telekanalının Baş direktoru Nikoloz Qvaramiya ilə telefon danışığının sosial şəbəkələrdə yayılmasından sonra dövlət çevrilişinə cəhd maddəsi ilə araşdırmalara başlamışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.