Şirkət xərçəngə yoluxan ər-arvada fantastik kompensasiya ödəyəcək – REKORD MƏBLƏĞ

14-05-2019, 23:01           
Şirkət xərçəngə yoluxan ər-arvada fantastik kompensasiya ödəyəcək – REKORD MƏBLƏĞ
ABŞ-da kənt təsərrüfatı sahəsində fəaliyyət göstərən bir şirkət ər-arvada 2 milyard 55 milyon dollar təzminat ödəyəcək.

Sfera.az xəbər verir ki, bu barədə Kaliforniya ştatının Oklend şəhərinin əyalət məhkəməsi hökm oxuyub. Buna səbəb alaq otlarının təmizlənməsi üçün satışa buraxılan kimyəvi məhsulun istifadəçilərdə xərçəngə səbəb olmasıdır.
Belə ki, amerikalı cütlük Alberta Pilliod və həyat yoldaşı 9 ildir xərçənglə mübarizə aparır. Həyatlarını bir gündə ömürlük dəyişən səbəb isə tarlaları üçün aldıqları dərman olub. Belə ki, cütlük illər əvvəl tarlaları üçün dərman vasitəsi alıb. Lakin özləri xərçəngə düçar olub.

İllərdir davam edən məhkəmə prosesində ortaya çıxarılıb ki, satışa buraxılan məhsul qeyri-hoçkin limfomalarına səbəb olur.
Qeyri-Hoçkin limfomaları (QHL) limfa sisteminin müxtəlif cinsli bədxassəli şişlər qrupudur.

Müxtəlif cinslilik (30-dan yuxarı növ) immun sisteminin tərkibinə daxil olan limfa sisteminin funksiyalarından irəli gəlir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru