Taliban sözçüsü: "ABŞ-la razılığın əldə olunmasına çox yaxınıq"

28-08-2019, 21:36           
Taliban sözçüsü: "ABŞ-la razılığın əldə olunmasına çox yaxınıq"
Taliban ABŞ-la razılığın əldə olunmasına çox yaxın olduğunu bildirib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Talibanın Dohadakı siyasi mərkəzinin sözçüsü Suheyl Şahin deyib.

“Ümid edirik ki, müsəlman, azadlıq istəyən xalqımız üçün tezliklə xoş xəbərlərimiz olacaq”, deyə o bildirib.

Müzakirələrlə bağlı məlumatlı olan iki mənbə danışıqlarda ABŞ nümayəndə heyətinə rəhbərlik edən ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadın Kabilə qısamüddətli səfərinin gözlənildiyini və prezident Əşrəf Qani ilə görüşəcəyini bildirib.

Əfqanıstan yüksək çinli təhlükəsizlik rəsmisi Taliban və ABŞ rəsmilərinin 14 aydan 24 ayadək müddətdə amerika qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı razılığa gəldiklərini bildirib.

Qeyd edək ki, Taliban və ABŞ arasında danışıqların 9-cu mərhələsi ötən həftə Dohada başlayıb.

Əlavə edək ki, hazırda Əfqanıstanda 14000-lik ABŞ ordusu var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru