Rusiya Hava Kosmik Qüvvələrinin dəstək verdiyi Suriya ordusu yalnız İdlib gərginliyi azaltma bölgəsinin sərhədləri daxilində əməliyyatlar həyata keçirir.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib:
“Mülki əhaliyə istiqamətlənmiş təhdidin azaldılması üçün suriyalı qüvvələr rus aviasiya qrupunun dəstəyi ilə cavab tədbirləri görmək məcburiyyətində qalıb”, - Zaxarova söyləyib.