Trampın "qolf xəstəliyi" dünyaya yayılıb - Milyonlar xərcləyir

29-08-2019, 12:52           
Trampın "qolf xəstəliyi" dünyaya yayılıb - Milyonlar xərcləyir
ABŞ Prezidenti Donald Tramp gələn il G7 sammitini Mayamidə özünün "Doral Golf" kompleksində keçirməyi planlaşdırdığını açıqladıqdan sonra Ağ Ev sahibinə məxsus qolf meydançalarının sayı maraq doğurub.

"Business Insider" portalı sözügedən məsələ ilə bağlı araşdırma aparıb.

Araşdırmaya əsasən, D.Trampın dünya miqyasında 16 qolf kompleksi var. Onlardan 12-si ABŞ-da yerləşir. Avropada üç böyük qolf meydançası olan ABŞ Prezidentinin Yaxın Şərqdə bir qolf kompleksi mövcuddur. Bundan başqa, daha üç qolf sahəsi tikinti mərhələsindədir

D.Trampın qolf "xəstəsi" olduğu məlumdur. O, Prezident seçildikdən bu günədək 202 dəfə qolf meydançalarına gedib və 93 dəfə qolf oynayıb. ABŞ liderinin Nyu-Yorkdakı qolf kompleksi özünün təmtərağı ilə xüsusi diqqət çəkir. 18 dəliyi olan bu qolf sahəsinin dəyəri 269 milyon dollardır. Orada tennis kortları və böyük üzgüçülük hovuz kompleksi də var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru