Tanınmış siyasətçilərin porno videoları yayıldı FOTO

29-08-2019, 22:28           
Tanınmış siyasətçilərin porno videoları yayıldı FOTO
İranda iki siyahətçinin sosial şəbəkədə sızdırılan porno videoları ölkə gündəmini zəbt edib.

Primetime.az xəbər verir ki, bu, ölkədə 1979-cu il İran İslam İnqilabından bəri ilk dəfədir ki, siyasət adamlarının qeyri-etik görüntüləri yayılıb. Verilən məlumata görə, ilk video 4 avqust tarixində internetdə yayımlanıb. Gizli kamera ilə çəkilən görüntülərdə sabiq Kohgiluye və Buyer Əhməd meri Əli Məhəmməd Əhmədinin bir qadınla cinsi münasibətdə olduğu görülüb. Yerli mediada yayılan xəbərlərdə Əhmədi Kanadada İran rejiminə qarşı bir televiziya proqramına qatılmadığı üçün seks kaseti internetə sızdırılıb.

Siyasətçinin yaxın bir dostu isə videodakı qadının İslam hüququna görə Əhmədinin “qanuni həyat yoldaşı” olduğunu deyib. Lakin Əhmədinin illərdir eyni qadınla ailəli olduğu və videodakı qadının isə o olmadığı qeyd edilib.

9 avqust tarixində Sadra qəsəbəsinin bələdiyyə sədri olan Abbas Məlikzadənin erotik görüntüləri yayımlanıb. Əhmədidən fərqli olaraq bu video Məlikzadə tərəfindən qeydə alınıb. Görüntülərin yayılmasından sonra videodakı qadın sosial media istifadəçilərinə qeydləri silməsi üçün yalvardığı iki video çəkib. Görüntülərin üç il əvvəl çəkildiyini bildirən qadın hazırda evli olduğu üçün bunların həyatını məhv edəcəyini söyləyib.

Baş verənlərlə bağlı açıqlama verən iranlı jurnalist “bir çox iranlı rəsminin iki həyat yaşadığını bilirik. Bu sirr deyil, lakin videolar bunu sübut edir” – deyib.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.