İngiltərə, Almaniya və Fransanın XİN rəhbərləri İranı müzakirə edəcək

30-08-2019, 08:03           
İngiltərə, Almaniya və Fransanın XİN rəhbərləri İranı müzakirə edəcək
Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab Almaniyanın xarici işlər naziri Heiko Maas, Fransa Respublikasının Xarici İşlər naziri Jan-Iv Lö və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini ilə İranı müzakirə etmək niyyətindədir.

“Report” un məlumatına görə, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin saytında məlumat yerləşdirilib.

“Müzakirələrimiz G7-nin İranla bağlı müsbət danışıqlarının dinamikasına əsaslanacaq, çünki gərginliyi azaltmağa çalışırıq” deyə, Raab bildirib.

O qeyd edib ki, nüvə sazişi İranın nüvə silahı əldə etməsinə imkan verməyən yeganə razılaşmadır.

“İranın razılaşmanı tam şəkildə yerinə yetirməsini təmin etmək üçün birlikdə çalışmağa davam edəcəyik”. - İngiltərə XİN rəhbəri əlavə edib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru