Ermənistanın sabiq naziri həbs edildi

30-08-2019, 23:05           
Ermənistanın sabiq naziri həbs edildi
Yerevan ümumi məhkəməsi Ermənistanın sabiq maliyyə naziri, Dövlət Gəlirləri Komitəsinin keçmiş rəisi Qagik Xaçatryanın iki ay müddətinə həbs edilməsi barədə qərar verib.

Yenicag.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında onun vəkili Erem Sarksiyan bildirib.

“Məhkəmə müvəkkilimin barəsində iki ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə qərar verdi”, – vəkil belə deyib.

Bildirilir ki, Xaçatryan avqustun 27-də saxlanılıb. Milli Təhlükəsizlik Xidmətinin məlumatında qeyd olunur ki, o, xüsusilə böyük məbləğdə dövlət vəsaitlərinin mənimsənilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsinə görə cinayət məsuliyyətinə cəlb olunub./APA/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru