Rusiya hücuma keçdi: - `Bütün hədəflər məhv ediləcək`
25-11-2015, 12:36
Rusiya Suriyadakı hava hücumundan müdafiə qabiliyyətini gücləndirmək üçün `S-300` analoqu olan HHM sistemi ilə təchiz olunmuş “Moskva” kreyserini Türkiyənin 60 kilometrliyində yerləşən Latakya sahillərinə göndərib.
AzVision.az-ın məlumatına görə, bu barədə Rusiya ordusunun Baş Qərargah İdarəsinin rəisi, general-leytenant Sergey Rudskoy bəyan edib.
O bildirib ki, Rusiya potensial təhdid hesab olunan bütün hədəfləri məhv edəcək: “Bundan sonra zərbə aviasiyasının bütün hərəkətləri qırıcı təyyarələrin mühafizəsi ilə həyata keçiriləcək”.
S.Rudskoy bəyan edib ki, Rusiya Türkiyə ilə hərbi əməkdaşlığın bütün sahələri ilə əlaqələri kəsib.