ABŞ-da pis hava şəraiti 1400-dən artıq təyyarə reysinin təxirə salınmasına səbəb olub 28-11-2019, 08:27 Qar yağışı ilə müşayiət olunan güclü külək ABŞ-ın bir neçə ştatında 200 mindən çox insan elektriksiz qoyub. APA CNN-ə istinadən xəbər verir ki, Viskonsin, İndiana, Kentukki və Miçiqan ştatlarında da elektrik enerjisinin verilməsində fasilələr yaranıb.Pis hava şəraiti ABŞ-da 1400-dən çox daxili və beynəlxalq uçuşların təxirə salınmasına səbəb olub. Artıq 100 təyyarə reysinin ləğv edildiyi bildirilir. Facebook-da paylaş