150-dən çox Baş nazir yola salan II Elizabet taxtdan gedir
28-11-2019, 17:42
İngiltərə kraliçası II Elizabet 18 ay ərzində taxtı oğlu şahzadə Çarlza həvalə edəcək.
Qaynarinfo xəbər verir ki, bu xəbər oğlu şahzadə Endryunun insan alveri şəbəkəsini idarə etdiyi bildirilən amerikalı milyarder Cefri Epsteynlə əlaqələri üə çıxdıqdan sonra gündəmə gəlib. İngiltərə mətbuatının yazdığına görə, qardaşı ilə bağlı qalmaqaldan sonra 71 yaşı Çarlz ipləri öz əlinə yığmaq istəyir.
Xatırladaq ki, şahzadə Endryunun bütün səlahiyyətlərini əlindən alan kraliça oğlunun ABŞ prezidenti Donald Trampla görüşünə də icazə verməmişdi.
Qeyd edək ki, səltənət qanunlarına görə, taxtda əyləşən şəxs tacı istədiyi vaxt başqasına ötürə bilməz. Ancaq səhhətilə bağlı problem yaransa, bu, mümkün ola bilər. 2016-cı ildən bəri isə kraliça II Elizabet xalqın qarşısına az-az çıxmağa başlamışdı.
Elizabet Aleksandra Mariya Vindzor və ya daha çox tanınan adı ilə II Elizabet kraliçalıq müddətində Uinston Çörçildən Tereza Meyə qədər 13 baş nazir yola salıb. O, İngiltərə ilə yanaşı Kanada, Avstraliya, Yeni Zellandiya, Yamayka və Papua Yeni Qvineya da daxil olmaqla irili xırdalı bir çox ölkənin də formal olaraq sahibi hesab edilir. Bütün bu ölkələr nəzərə alındıqda, II Elizabet bu vaxta qədər 150-dən çox Baş nazir görüb. Belə ki, kraliça 1952-ci ildə taxta çıxanda hələ Sovet İmperiyası yaşayırdı. O zaman SSRİ-nin lideri Stalin, ABŞ prezidenti isə Herri Truman idi. Onun 1953-cü ildə baş tutan tacqoyma mərasimi televiziyadan canlı yayımlanan ilk tacqoyma mərasimi olmuşdu. II Elizabet Soyuq müharibənin başlaması və bitməsini, eyni zamanda Berlin divarının inşa edilib, yıxılmasını görüb. o, İngiltərə tarixində ən uzun müddət taxtda qalan hökmdar ünvanını da daşıyır. Onun bu rekordu ən böyük oğlu 68 yaşlı şahzadə Çarlzın isə Birləşmiş Krallıqda ən uzun müddət taxtı gözləyən varis olmasına səbəb olub. Çarlz hakimiyyət başına keçdikdə İngiltərə tarixinin taxta çıxan ən yaşlı monarxı ünvanını alacaq. Çarlzdan sonra isə taxta çıxmaq sırası oğlu Uilyam və nəvəsi Corcdadır.