“Apple” Rusiyanın tələbi ilə Krım xəritəsini dəyişdirdi

28-11-2019, 17:45           
“Apple” Rusiyanın tələbi ilə Krım xəritəsini dəyişdirdi
ABŞ-ın texnologiya şirkəti olan “Apple” qeyri-qanuni olaraq Krım ərazisini xəritə ilə bağlı tətbiqlərində Rusiya torpağı olaraq göstərib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Vasiliy Piskarev Moskvada bu məsələ ilə bağlı açıqlama verib. O, açıqlamasında Ukraynanın bir hissəsi kimi göstərən xətanın düzəldildiyini bildirib: ““Apple” şirkəti Krımı hava durumu və xəritə tətbiqlərində Rusiyanın torpağı olaraq göstərməyə başlayıb və Ukraynanın bir hissəsi kimi göstərən xəta düzəldilib”.
“Apple” şirkətinin dünya xəritəsi üzərində belə qeyri-qanuni dəyişiklik etməsində məqsəd Rusiya bazarına satışını təmin etmək olub. Belə ki, bu yaxınlarda ölkədə Rusiya proqramı olmadan smartfon və kompüter satışını qadağan edən qanun layihəsi qəbul edilib.
Qeyd edək ki, Rusiya sərhədlərindən kənarda həmin tətbiqlərə girildiyi zaman Krım hər hansı bir ölkənin bir hissəsi kimi görünmür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.