Rusiyada mafiya şəbəkəsinə əməliyyat: Aralarında yüksək çinli məmurlar da var
28-11-2019, 17:48
Rusiya Federasiyasının Dağıstan Respublikasında 250 nəfərlik mafiya qrupuna qarşı əməliyyat keçirilib. Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyi və Terrorla Mübarizə Komitəsi tərəfindən 250 nəfərlik mafiya qrupuna qarşı keçirilən əməliyyat nəticəsində çox sayıda silah, bomba, raket və tank əlehinə mina atan ələ keçirilib. Hüquq-mühafizə orqanlarından əməliyyatla bağlı açıqlamada bildirilib ki, 250 nəfərlik mafiya qrupuna üzv olanlar arasında yüksək çinli məmurlar, hüquqşünaslar və terror şəbəkələrinə üzv olanlar da var. Basqında ələ keçirilən mafiyaya aid silah və bombaların dağlıq ərazidə məhv edildiyi açıqlanıb.