“İran rejiminin ömrünə sayılı günlər qalıb”-Amerikalı senator

28-11-2019, 21:25           
“İran rejiminin ömrünə sayılı günlər qalıb”-Amerikalı senator
ABŞ Respublikaçılar Partiyasından olan senator Lindsi Qraham “Twitter” səhifəsində İranın ali dini lideri Ayətullah Əli Xamneyidən, İranda baş verən son etirazlardan və islam respublikasının dünyaya qarşı təhdidindən danışıb.

Senator Lindsi Qraham öz yazısında İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı Hüseyn Səlaminin ABŞ-a və onun müttəfiqlərinə qarşı səsləndirdiyi son bəyanatına reaksiya verib: “SEPAH komandanı Hüseyn Səlaminin dediklərinin əksinə olaraq, İran xalqına qarşı ən böyük təhdid Amerika hökuməti və amerikalılar yox, Ayətullah Xamneyinin özü kimi tərəfdarlarıdır. İran rejimi və onun başçıları ölkəni və xalqın sərvətlərini qarət edərək, bütün regionda və dünyada sabitliyin pozulmasına sərf edib. Lakin mənim üçün artıq aşkarlanan bir şey var. O da budur ki, İran rejiminin ömrünə sayılı günlər qalıb. Prezident Trampın İran rejiminə qarşı təzyiqləri davam edəcək və İran xalqının xeyrinə nəhəng dəyişikliklərə səbəb olacaq. İranın qatil rejimi devriləndən sonra dünya artıq daha təhlükəsiz bir məkana çevriləcək” -deyə senator Qraham “Twitter” də yaydığı yazısında bəyan edib.
Müşfiq Abdulla
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.