Ölkənin ən böyük supermarket zənciri işçilərdən alt paltarı ilə çəkilən şəkil istədi - RƏZALƏT...

29-11-2019, 20:02           
Ölkənin ən böyük supermarket zənciri işçilərdən alt paltarı ilə çəkilən şəkil istədi - RƏZALƏT...
Hollandiyanın ilk və ən böyük süpermarketlər zənciri "Albert Heijn" (AH) işçilərindən alt paltarları ilə ya da bədənlərinə yapışan geyimlərlə çəkilən şəkillərini istəyib.

Moderator.az xəbər verir ki, sözügedən müəssisədə işçilərin geyimi bədən ölçülərinə uyğun tikilir və hər bir işçi öz ölçüsünə uyğun geyimlə təmin edilir. Supermarket bu dəfə istehsal edəcəyi yeni formalar üçün çalışanlarından alt paltarı ilə çəkilən fotolar istəyib. Süpermarket tərəfindən istənən bu fotolar isə ölkə gündəmində müzakirələrə səbəb olub.

Belə ki, ölkənin ən böyük supermarketlər zənciri olan "Albert Heijn" çalışanlarına yeni ildə yeni formalar verməyə qərar verib. Ancaq firma bu formaların istehsalı üçün işçilərdən bədən ölçülərini soruşmaq yerinə alt paltarı ilə çəkilən şəkillərini istəyib.

Firma bu istəyini “Sizin üçün ən uyğun formanı seçə bilməyimiz üçün alt paltarı və ya bədənininzə yapışan geyimlərlə çəkilmiş şəkillərinizi ən qısa zamanda şirkət rəhbərliyinə təslim etməlisiniz" şəklində elan yazaraq süpermarket yeməkxanasına asıb.

İşçilər sözügedən elanın əvvəlcə bir zarafat olduğunu düşündüklərini, ancaq sonradan bunun rəhbərliyin bir istəyi olduğunu anladıqlarını deyib.

Qeyd edək ki, çalışanlar elanın çox yersiz olduğunu və bütün bunladan sonra orada çalışa bilməyəcəklərini bildirdikdən sonra rəhbərlik üzr istəyərək tələbindən əl çəkib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.