Parisdə tarixi iqlimə dair yeni ümumdünya sazişi 195 ölkə arasında razılaşdırılıb

13-12-2015, 10:53           
Parisdə tarixi iqlimə dair yeni ümumdünya sazişi 195 ölkə arasında razılaşdırılıb
Parisdə iqlimə dair keçirilən konfransın iştirakçıları ümumdünya iqlim sazişini razılaşdırıblar. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə konfransın plenar sessiyasında Fransa XİN rəhbəri Loran Fabius bildirib.

Məlumata görə, yeni saziş 195 ölkə tərəfindən dəstəklənib.

Yeni saziş 2020-ci ildən sonra atmosferə atılan zərərli qazların həcmini və iqlim dəyişikliyinin qarşısının alınmasına dair tədbirləri müəyyən edəcək.

Bütün ölkələr atmosferə atılan zərərli qazların həcminin azaldılmasına, texnoloji islahatlara və iqlim dəyişikliklərinə adaptasiyaya dair öz milli planlarını müəyyən etməlidirlər.

Saziş 2020-ci ildən başlayaraq inkişaf etməkdə olan ölkələrə hər il 100 mlrd dollar vəsaitin ayrılmasını, qlobal temperaturun qalxmasının qarşısını almağı (temperaturun qalxması 2 dərəcədən çox olmamalı) nəzərdə tutur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.