8 körpədə təhlükəli bakteriya aşkarlandı - Avstraliyada

5-06-2020, 16:03           
8 körpədə təhlükəli bakteriya aşkarlandı - Avstraliyada
Avstraliyanın Adelaida şəhərində son 20 ildə ilk dəfə olaraq yeni doğulmuş səkkiz körpənin “Serratia Marcescens” bakteriyasına yoluxduğu aşkarlanıb.

Cebhe.info xəbər verir ki, ilk yoluxma halı mayın 18-də müşahidə olunub.

Belə ki, Bir neçə gün sonra uşaq tam sağalıb, çarpayısı isə dezinfeksiya edilib. Mayın 30-da həmin çarpayıda yatan başqa bir uşaqda infeksiya aşkarlanıb. O, ağır vəziyyətdə başqa xəstəxanaya köçürülüb.

Həmin şöbədə yatan 40 körpənin müayinəsindən sonra təhlükəli bakteriya əlavə altı uşaqda da müəyyən olunub. Lakin onlarda xəstəlik simptomsuz keçib. Aparılan araşdırmalar zamanı infeksiyanın mənbəyinin xəstəxanadakı çanaqlardan birinin olduğu müəyyənləşdirilib.

“Serratia Marcescens” bakteriyası sidik yollarının iltihabını, sətəlcəm və sepsis törədir. Xüsusən, yaşlılar və körpələr üçün təhlükəlidir.

Nəşr xəstəliyin “orta əsr möcüzəsi” ilə əlaqəsini də qeyd edib. Əfsanəyə görə, İtaliyanın Bolsen şəhərində ayin zamanı çörəyin üzərində “qan” görünüb. “Möcüzə” 1263-cü ildə Rafael tərəfindən Vatikanda bir freskada ölümsüzləşdirilib.

Hazırda mütəxəssislər bu “qan”ın, əslində, çörəyin üzərində yaranan “Serratia Marcescens” koloniyasının qırmızı piqmentasiyası olduğunu güman edirlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.