“Atletiko” üç xalı üç qolla aldı - VİDEO

28-04-2024, 12:54           
“Atletiko” üç xalı üç qolla aldı - VİDEO
Madriddə İspaniya çempionatının 33-cü turunun “Atletiko” (Madrid) - “Atletik” (Bilbao) matçı baş tutub.

Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Paytaxt klubunda qolları Rodriqo De Paul (15-ci dəqiqə) və Anxel Korrea (52-ci dəqiqə) vurub. Daha bir qolu isə “Atletik”in futbolçusu Unai Simon (80-ci dəqiqə) öz qapısına göndərib.

Bilbaoluların yeganə qolunu Niko Uilyams (45-ci) vurub.
Beləliklə, madridlilər artıq 33 oyundan 64 xal toplayıb. Dieqo Simeonenin komandası La Liqada dördüncü pillədə qərarlaşıb. “Atletik”in eyni sayda matçdan sonra 58 xalı var. Ernesto Valverdenin yetirmələri turnir cədvəlində beşinci yerdədir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.