“Neftçi” azarkeşlərə müraciət etdi

28-04-2024, 13:14           
“Neftçi” azarkeşlərə müraciət etdi
“Neftçi” PFK azarkeşlərə müraciət edib.

Oxu.Az xəbər verir ki, klub azarkeşləri tribunalara səsləyib:

Müraciətdə deyilir:
“Əziz “Neftçi” azarkeşləri!

Bizi qarşıda həlledici oyunlar gözləyir. Son beş döyüşdə azarkeşlərimizin dəstəyinə ehtiyacımız var. İndiyə qədər olan proseslərdə gözləntiləri qarşılaya bilmədik. Ancaq düşünürük ki, hazırkı vacib məqamda “Neftçi” adına hamımızın birləşmək zamanıdır. Hər zaman çətin vaxtlarda klubunun yanında olan siz azarkeşləri bir olmağa və komandamıza tribunadan dəstək verməyə çağırırıq. İnanırıq ki, yalnız birlikdə uğurlu nəticələr əldə edə bilərik. Odur ki, “Forza Neftçi” və digər azarkeşlərimizi bu vacib oyunlarda komandamızın yanında olmağa çağırış edirik.

“Neftçi” ailəsinin çətin zamanda necə bir olduğunu göstərmək zamanıdır!” , - deyə müraciətdə qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru