Subayların arzusunda olduğu robot hazırlandı - VİDEO

28-04-2024, 12:17           
Subayların arzusunda olduğu robot hazırlandı - VİDEO
Çində texnologiyanın humanoid möcüzəsi nümayiş olunub. Süni intellektə malik yeni robot süfrə qurmağı, sendviç hazırlamağı, paltar ütüləməyi, otağı tozsoranla təmizləməyi, şəkil çəkməyi, çiçək sulamağı və s. bacarır.

Bu barədə “Astribot S1” şirkətindən xəbər verilib.

Bildirilib ki, insanabənzər robot inkişaf etmiş motor bacarıqları olan ətraflara malikdir. Onun qolları 10 m/san sürətlə hərəkət etməyə və 10 kiloqrama qədər olan yükləri qaldırmağa qadirdir.

Bununla əlaqədar paylaşılan videoda “S1”in insan hərəkətlərini nə qədər dəqiq təqlid etdiyi göstərilir. Şirkət onun inkişafına təxminən bir il sərf edib.
“Astribot” iddia edir ki, insanabənzər robot 2024-cü ilin sonuna qədər satışa çıxmalıdır.

Mənbə: KP.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru