Asiyalı amerikalılar ABŞ-da ən sürətlə böyüyən seçici qrupudur

28-04-2024, 11:08           
Asiyalı amerikalılar ABŞ-da ən sürətlə böyüyən seçici qrupudur
Pew Araşdırma Mərkəzinin məlumatına görə, Asiyalı amerikalılar ABŞ-da ən sürətlə böyüyən seçici qrupudur. Bu, onları prezidentliyə namizədlər Co Bayden və Donald Tramp üçün mühüm diqqət mərkəzinə çevirir.

Pew Research-ə görə, ABŞ prezident seçkilərində Co Bayden və Donald Trampın dörd il əvvəl ilk dəfə qarşılaşdıqları vaxtdan bəri asiyalı amerikalı seçicilərin sayına iki milyon nəfər əlavə edilib.

Səsvermə fəalı Kristin Çen deyir ki, bu artım onları Arizona, Corciya və Nevada ştatları da daxil olmaqla, yaxın yarışlarda Bayden və Tramp arasında fərq yarada biləcək səsvermə qüvvəsinə çevirir.

“Seçkilər cüzi fərqlərlə qazanıldığı üçün kampaniyalar əlavə səslər axtararkən, həqiqətən də Asiya əsilli Amerika elektoratına baxmalıdırlar. Çünki 2020-ci ildə seçicilərimizin 21%-dən çoxu ilk dəfə səs verənlər olub. Beləliklə, motivasiyamız yüksədir".

Asiya əsilli amerikalı seçicilər prezidentdən nə gözləyir? Amerikanın Səsi bir neçə nəfərə bu sualla müraciət edib.

((Samnan Xoeum, seçici))

"Mən prezidentin yaxşı enerjisini axtarıram, yaxşı düşünməsi, düzgün qərarlar qəbul etməsi və bunu onun ətrafındakıların etməsini gözləmək istəmirəm."

((Hangqkannha DeSalvo, seçici))

"Mənim üçün yaşın heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, onlar işi bacarıb, bütün vətəndaşlara daha yaxşı iş, yaxşı biznes imkanları əldə etməyə yardım edə bilsin, bizi müharibədən qorumağa çalışın. İnanıram ki, hamı üçün mühüm olan budur”.

((Sofiya Oumret, seçici))

"Mən daha çox gənc insanların hakimiyyətdə olmasını istərdim, çünki onların daha çox vaxtı var, xüsusən də, gücləri daha çoxdur. Bu, yaşlıların bunu etməməsi deyil, amma indi yeni nəsl vaxtıdır".

((Natalie Vu, seçici))

“Mən həqiqətən düşünürəm ki, bu gün prezidentlik biletində olan hər kəs yeni nəslə aid olmalıdır. Mən həqiqətən belə düşünürəm."

Associated Press-in keçən ilin sonlarında keçirdiyi sorğuya görə, Asiya əsilli amerikalı, Sakit Okean adalıları və Havaylı seçiciləri ən çox iqtisadi və xarici siyasətlə bağlı narahatlıqlar motivasiya edir, hər 10 nəfərdən 3-ü prioritetlərinin inflyasiya və immiqrasiya olduğunu deyib.

((Siçan Soutimat, Seçici))

"Düşünürəm ki, bu, daha çox immiqrasiyadır, çünki mən bir çox Asiya icmasının, bir çoxunun Kambocaya deportasiya edildiyini görmüşəm, ona görə də immiqrasiya ilə bağlı insanlara kömək etmək üçün burada nə edə biləcəyimiz haqqında daha çox öyrənmək istərdim."

((Xavier Eang Li, seçici))

“Sağlamlıq, səhiyyə məsələləri, immiqrasiya. Mənim üçün çox vacibdir. Səsvermə hüququ və seçkilərin qarışmamasına və hər şeyin qanuni olmasından əmin olmaq kimi”.

((Soben Pin, seçici))

“Mənim üçün vacib olan üç məsələyə immiqrasiya, iqtisadiyyat, Ukrayna və İsraildəki müharibələr daxildir və düşünürəm ki, Yaxın Şərqdə münaqişənin gərginləşmə potensialı var”.

Asiya əsilli amerikalı seçicilər iki il əvvəl Pensilvaniya ştatında keçirilən aralıq seçkilərdə əsas faktor olmuş və onların noyabr seçkilərində tərəflərdən birini seçə biləcək ştatda hər iki kampaniyanın diqqət mərkəzində olacağı gözlənilir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.