BMT Qarabağda minaların təmizlənməsi üzrə missiya yerləşdirmək üçün çalışır

24-11-2020, 05:24           
BMT Qarabağda minaların təmizlənməsi üzrə missiya yerləşdirmək üçün çalışır
BMT, Ərazilərin Minalardan Təmizlənməsi Xidmətinin (UNMAS) Qarabağda təcili yerləşdirməsi ilə bağlı digər bölmələrlə işləyir.

Yenisabah.az xəbər verir ki, bu barədə BMT-nin Sülhməramlı Əməliyyatlar Departamentinin nümayəndəsi RİA “Novosti”yə bildirib.

Nümayəndə “UNMAS-ın Dağlıq Qarabağ zonasında minaların təmizlənməsində Azərbaycana kömək etməyi planlaşdırırmı” sualına belə cavab verib:

“BMT, Ərazilərin Minalardan Təmizlənməsi Xidmətinin və BMT-nin digər qurumları ilə əlaqəli olaraq, tərəflərin tələb etdiyi BMT köməyi kontekstində təcili yerləşdirmə üzərində işləyir. Ehtimal olunur ki, missiya tərəflərin yerlərdə ehtiyaclarını nəzərə alaraq dekabr ayının əvvəllərində öz işinə başlayacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru