Britaniyalı general Türkiyəyə qarşı qurulan planı ifşa etdi

25-02-2021, 08:12           
Britaniyalı general Türkiyəyə qarşı qurulan planı ifşa etdi
Böyük Britaniya ordusunda xidmət edən general Aleks Maçintoş qərbin Liviya ilə bağlı planını ifşa etdiyinə görə ölkədən qovulub.

Metbuat.az “Times” qəzetinə istinadən xəbər verir ki, o, Xəlifə Haftara dəstək vermək üçün hazırlanan planı üzə çıxarıb. Plan Haftara silah satışından, Haftara qarşı olan liderlərin girov götürülməsindən və Liviya hökumətini devirməkdən ibarət olub.

Britaniyalı general İordaniyada xidmət edərkən, məşhur iş adamlarından birinin vasitəsilə plandan xəbər tutaraq ifşa edib. Dolayısıyla britaniyalı general addımı ilə Türkiyəyə yardım edib. Çünki, Haftarla mübarizədə ağır məğlubiyyətlər alan hökumət qüvvələri, Türkiyənin fəal hərbi dəstəyi nəticəsində xilas olub.

Komandanlıq məsələdən xəbər tutandan sonra Aleks isə İordaniyadan qovulub.

Qeyd edək ki, hadisə bir müddət əvvəl baş versə də, indi mətbuata sızıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru