ABŞ-dan qorxunc xəbər: Virusun daha yoluxucu ştammı yayıldı

25-02-2021, 10:41           
ABŞ-dan qorxunc xəbər: Virusun daha yoluxucu ştammı yayıldı
ABŞ-ın Kaliforniya əyalətində koronavirusvirusun yeni növü aşkar edilib.

Cebhe.info xəbər verir ki, bu Kaliforniya San Fransizko Universiteti tədqiqat qrupunun 1 sentyabr 2020 - 29 yanvar 2021-ci il tarixlərində əyalətin 44 bölgəsindən 2 min 172 test nümunəsi üzərində apardıqları araşdırma nəticəsində müəyyənləşib.

"B.1.427 / B.1.429" və ya "20C / L452R" adlanan yeni növün ilk olaraq, İngiltərə və Cənubi Amerikada ortaya çıxan COVİD-19 variantlarından fərqli mutasiya modeli olduğu qeyd edilib. Bildirilir ki, virusun Kaliforniya növü daha təhlükəli və daha yoluxdurucudur.

Qeyd edək ki, Kaliforniya 3 milyon 543 mindən çox yoluxma və 50 minə yaxın ölüm ilə ölkədə virusdan ən çox təsirlənən ştatdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru