ABŞ özünün rekord büdcə layihəsini hazırladı - 4.1 trilyon $

11-02-2016, 05:28           

ABŞ prezidenti Barak Obama 1 oktyabr 2016 tarixindən başlayacaq 2017 maliyyə ili üçün büdcə proqramının Konqresə təqdim etdi.

Srtateq.az xəbər verir ki, gələcək ilin ABŞ büdcəsi rekord həddə-4.1 trilyon dollar həcmində olacaq.

Ağ Ev və ABŞ Maliyyə Nazirliyinin açıqlamasına görə, 2017-ci il büdcə layihəsi terrora qarşı mübarizə, iqlim dəyişikliyi, kiber hücumlar və xərçənglə mübarizədən təmiz enerji investisiyalarına qədər bir çox sahəni əhatə edir.

Obamanın səkkizinci və son büdcə planı çərçivəsində ABŞ Müdafiə Nazirliyinə 582.7 milyard, Xarici İşlər Nazirliyinə 50.1 milyard, Maliyyə Nazirliyinə 13.3 milyard dollar ayrılması planlaşdırılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.