Odessa qubernatoru Mixail Saakaşvili şəxsi mühafizədən imtina edib.
teref.az xarici mətbuata istinadən xəbər verir ki, Saakaşvili bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qritsaka məktub göndərib.
Saakaşvili deyib ki, heç kimdən və heç nədən qorxmur: «Heç kimdən və heç nədən qorxmuram. Bundan sonra Odessa küçələrində mühafizəsiz gəzəcəm».
Qubernator son olaylar, bəyanatlar və əlində olan informasiyalara əsaslanaraq bu addıma qərar verdiyini bildirib. Lakin o, söhbətin nədən getdiyinə aydınlıq gətirməyib.
Bu vaxta qədər Saakaşvilinin mühafizəsi ilə «Alfa» adlı xüsusi idarə məşğul olurdu.