ABŞ və Rusiyanın Türkiyəyə hücum planı açıldı - Şok
11-02-2016, 12:34
ABŞ və Rusiyanın dəstəyini alan PYD terror təşkilatı Suriyada bahara qədər dövlət qurub, daha sonra bütün gücü ilə Türkiyəyə hücuma keçməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə iqtidarına yaxın “Star” qəzeti yazıb.
Qəzet rəsmi Ankaranın PKK-nın Suriya qanadı hesab etdiyi PYD-nin yeni planını deşifrə edib.
PKK-nın Türkiyənin cənub-şərqindəki 3 rayonda minə yaxın itki verməsinə baxmayaraq, dirənməsinin arxasında baharda Türkiyəyə hücum planının olduğu bildirilir. Məlumata görə, PKK türk ordusunu ölkənin şərqində ləngidərək, PYD-nin Suriyada dövlət qurması üçün vaxt qazanmağa çalışır.
“Lazım gələrsə, ölün, lakin təslim olmayın. Baharda İraq və Suriyadan 10 min PKK-çı Türkiyəyə gələcək”, - Qəndil terrorçulara əmr verib.
PYD-nin ötən gün Moskvada açdığı nümayəndəliyin binasında asılan xəritədə isə Suriyada qurulacaq yeni dövlətin ərazisi bəlli olub. Xəritədə Suriyanın Türkiyə ilə sərhədləri PYD dövləti kimi göstərilib.
Qeyd edək ki, rəsmi Ankara PYD-ni PKK-nın Suriya qanadı hesab edir. ABŞ ilə Rusiya isə buna qarşı çıxır.