Azərbaycanlı gənci güllələyən polisin mükafatlandırılması TƏKLİF OLUNDU

31-05-2021, 19:13           
Azərbaycanlı gənci güllələyən polisin mükafatlandırılması TƏKLİF OLUNDU
Rusiyada 19 yaşlı azərbaycanlı gəncin polis tərəfindən öldürülməsi ilə bağlı mübahisələr davam edir.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Novosibirsk şəhərinin Moşkov rayonunda polislə mübahisə zamanı Vəkil Abdullayev polis tapançasından açılan atəşlə qətlə yetirilib.

Rusiya Dumasına qarşıdan gələn seçkilərdə namizəd olacaq Mariya Butina gəncin həyatına son qoyan polisin həbsdən azad olunmasını və hətta, mükafatlandırılmasını təklif edib.

“Yol polisi əməkdaşını müdafiə etmək hər birimizin borcudur. Əgər tabel silahından atəş heç təsadüfən yox, planlı şəkildə açılsaydı belə polis 100% qanun çərçivəsində xidmət etmiş sayılardı. Onun üzərindən ittihamları götürün və xidmətə görə mükafatlandırın”-deyə Butina yazıb.

Mariya Butina ABŞ-da casusluq fəaliyyətinə görə həbs olunması ilə məşhurdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru