Rusiyanın dövlət borcu açıqlandı

1-06-2021, 07:32           
Rusiyanın dövlət borcu açıqlandı
Rusiyanın 2021-ci ilin ilk rübündə dövlət borcu 741,3 milyard rubl artaraq 19,7 trilyon rubl və ya ÜDM-nin yüzdə 17 fazini təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Hesablama Palatasının məlumatında deyilir.

Ölkənin daxili borcu 683 milyard rubl və ya 4,6 faiz artaraq 15,434 trilyon rubla çatıb. Rusiya dövlət borcunun ümumi həcmdəki payı 77,9 faizdən 78,4 faizə yüksəlib.

Xarici borc 1 aprel tarixinə 56,1 milyard ABŞ dolları təşkil edib. Bu da, cari ilin 1 yanvar tarixi ilə müqayisədə 598,3 milyon ABŞ dolları azdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru