“Ermənistan KTMT-yə 4-cü maddə üzrə müraciət etməyə hazırlaşır”

2-06-2021, 14:29           
“Ermənistan KTMT-yə 4-cü maddə üzrə müraciət etməyə hazırlaşır”
“Ermənistan KTMT-yə 4-cü maddə (dövlətə hücum) üzrə müraciət etməyə hazırlaşır”.

Bunu siyasi analitik Asif Nərimanlı deyib.

O, Ermənistanın məqsədini “Sherg.az”a açıqladı:

“Təhlükəsizlik Şurasınını katibi Armen Qriqoryan bu gün sərhəddə erməni hərbçisinin “ölümü”ndən danışarkən bildirib ki, böhrandan çıxış yolları, diplomatik metodlar tükənir, KTMT-yə 4-cü maddə üzrə müraciət etməkdən başqa çıxış yolu qalmır. KTMT-yə 2-ci maddə (dövlətə hücum təhdidi) ilə müraciət edən Ermənistanın prosesi 4-cü maddəyə uyğunlaşdırmaq üçün təxribatlar törədəcəyi haqda danışmışdım. Ötən günlər ərzində baş verən təxribatın məqsədi də 4-cü maddə üzrə müraciətin gündəmə gətirilməsi idi. KTMT nizamnaməsinin 4-cü maddəsinə görə, üzvlər müraciət edən ölkəyə birmənalı şəkildə dəstək verməlidir.

İrəvan Bakını təkləmək, KTMT-ni, dolayısı ilə Rusiyanı prosesə müdaxiləyə məcbur etmək, yeni imzalanacaq müqaviləni öz maraqlarına uyğunlaşdırmaq, Moskva və Ankaranı üz-üzə qoymaq, bütün bunlar baş tutmasa, seçkiöncəsi və sonrası hərbi ittifaqın - rusların dəstək verməməsindən siyasi oriyentasiyasını dəyişdirməkdə istifadə etmək istəyir”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru