Möcüzə kimi iş təklifi: 417 min maaş, 3 ay məzuniyyət

25-02-2016, 01:06           

Yeni Zelandiyanın Şimal adasında həkim işləyən Alan Kenny illik təxminən 417 min manat maaş, 3 ay məzuniyyət təklifi ilə işçi axtarsa da, tapa bilmir.

Kenny Tokoroa qəsəbəsindəki klinikasında yanında çalışacaq və iş yükünün yalnız yarısını boynuna götürəcək bir həkim tapmaq üçün böyük səy sərf edir. 61 yaşındakı həkim keçən ildən bu yana sanki “partlayan” işlərində özünə kömək edəcək bir həkim tapa bilmir.

Yeni Zelandiyanın “Herald” qəzetinə danışan Kenny deyib: “Onlara həqiqətən möcüzə bir gəlir təklif edirəm. İnanılmazdır. Keçən il xəstələrim çox artıb, nə qədər çox xəstəyə baxsanız o qədər çox pul qazanırsınız”.

Xəstələrinin yalnız yarısına baxacaq həkimin tapılmasında çətinlik çəkən, hazırda 6 min xəstəsi olan Kenny işini sevdiyini deyib.

Yeni Zelandiyalı həkimlərin bu təklifə soyuq yanaşmasının səbəbi bölgənin ucqar yerdə yerləşməsi, məktəblərin sayının az olması və dolayısı ilə seçim imkanlarının azlığı, bölgədə xidmətlərin çatışmamazlığı ilə bağlana bilər. Digər tərəfdən, Yeni Zelandiyada bir həkimin illik qazancı təqribən 132 min manat ilə 211 min manat arasında dəyişir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.