Ağ Ev: "İran nüvə silahını bir neçə həftə ərzində yarada bilər"
Bu gün, 11:38
Vaşinqton administrasiyası hesab edir ki, İranın bir neçə həftə ərzində nüvə silahı yaratmaq imkanı var.
TASS-ın verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
"İran nüvə silahı əldə etmək üçün lazım olan hər şeyə malikdir. Bunun üçün yalnız İranın Ali Rəhbəri Əli Xameneinin qərarı lazımdır" , - deyə o vurğulayıb.