Xamenei ölərsə, yerinə o keçəcək – FOTO

Bu gün, 11:44           
Xamenei ölərsə, yerinə o keçəcək – FOTO
“İsrailin İranın ali dini lideri Ayətullah Əli Xameneiyə qarşı səsləndirdiyi təhdidlər, onun ölümündən sonra yerinə kimin keçəcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Əsas suallardan biri budur: Xameneyin oğlu Müctəba onun varisi ola bilərmi?”

Referans Teleqraf-a istinadən xəbər verir ki, bu fikirlər “Euronews”da dərc olunan “İranın Ali dini lideri Xamneyi ölsə, onun oğlu lider ola bilərmi?” başlıqlı məqalədə əksini tapıb.

Məqalədə qeyd olunub ki, İsrail tərəfindən bir neçə yüksək rütbəli iranlı hərbçinin və nüvə aliminin sui-qəsd nəticəsində öldürülməsindən sonra, Baş nazir Benyamin Netanyahunun verdiyi açıqlama vəziyyəti daha da gərginləşdirib.

Netanyahu növbəti hədəfin Xameneyi ola biləcəyini bəyan edib. İsrailin bu hücumları fonunda ABŞ tərəfindən təslim olun çağırışları edilsə də, Xameneyi bu çağırışları rədd edib və Vaşinqtonun mümkün hərbi müdaxiləsinin fəsadlar törədəcəyini bildirib. ABŞ Prezidenti Donald Tramp isə bu həftə verdiyi açıqlamada, Amerikanın Xameneyinin harada gizləndiyini bildiyini, lakin ən azı hələlik onu aradan qaldırmayacaqlarını deyib. İsrailin İran ərazisinə gözlənilməz hücumundan təxminən bir həftə sonra bölgədə gərginlik artmaqda davam edir. Bu zaman ortaya çıxan xəbərlər Xameneyin oğlu Müctəba Xameneyinin nüfuzunun artdığını və atasının ölümündən sonra onun yerinə keçə biləcəyini göstərir”.

Nəşr yazır ki, Müctəba ictimaiyyət qarşısında az görünən, lakin ölkə daxilində qərarverici dairələrdə nüfuz sahibi olan orta səviyyəli din xadimidir:

Daxili mənbələr onun İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Tehrandakı digər mühüm dini və siyasi fiqurlarla güclü əlaqələr qurduğunu bildirir. Lakin “Reuters”in xəbərinə əsasən, İranın növbəti ali liderini seçmək səlahiyyətinə malik olan Mütəxəssislər Şurası təxminən altı ay əvvəl Müctəbanın adını potensial namizədlər siyahısından çıxarıb. Buna baxmayaraq, bəzi məlumatlara görə, Müctəbanın populyarlığının azaldığı deyilsə də, nüfuzlu din xadimləri onun adının yenidən siyahıya salınması üçün pərdəarxası lobbiçiliklə məşğuldurlar. ABŞ və İsrail rəsmiləri arasında İranın növbəti ali rəhbərinin kim olacağı ilə bağlı razılığın olmaması halında bu prosesin mürəkkəbləşək, həmçinin rəsmi Tehranın siyasi dairələri daxilində də xaos baş verəcək. Bəzi İran mütəxəssisləri xatırladır ki, Xameneyi özü 1979-cu ildə ABŞ tərəfindən dəstəklənən monarxiyanın devrildiyi ölkədə irsi hakimiyyət formasını rədd etdiyini dəfələrlə bəyan etmişdi. Bununla belə, İranın dini və hərbi qurumlarının bir-birinə sıx bağlı olması və ali liderin seçilməsi prosesinin şəffaf olmaması Müctəbanın namizədliyinin tamamilə istisna olunmasına imkan vermir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.