30 ildir qazsız qalan kəndin sakini: "50-60 ədəd ağac var idi, kəsmişəm" VİDEO

Bu gün, 11:58           
30 ildir qazsız qalan kəndin sakini:
Ağcabədinin Poladlı kəndində 30 ildən artıqdır ki, sakinlər mavi yanacaq üzünə həsrət qalıblar.

Sakinlər qışın soyuğuna ya odunla, ya da alınan maye qazla sinə gərməyə çalışırlar.

Bəziləri isə meyvə ağaclarını belə kəsib yandırmağa məcbur qalıb. Dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, hər dəfə "tezliklə sizin kəndə qaz veriləcək" cavabını eşidiblər.

Amma bu vəd yalnız sözdə qalıb.

"Qurumlara müraciət etmişik, amma illərdir bizi aldadırlar. Səbəbin nə olduğunu hələ də anlaya bilmirik. Bizə bu məsələdə kömək göstərilsə, çox yaxşı olardı", - sakinlərdən biri narazılığını belə ifadə edib. "Qışı keçirmək üçün odun kəsib gətiririk, amma bu zaman bizi cərimələyirlər. Həm oduna pul vermək, həm də cərimə ödəmək bizim üçün çox ağırdır", - başqa bir sakin bildirib.

Ətraflı Baku TV-nin süjetində:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.