Səudiyyə Ərəbistanı neft hasilatını dayandırmayacaq
25-02-2016, 08:52

Səudiyyə Ərəbistanı neft hasilatını dayandırmayacaqlarını açıqlayıb. ANS PRESS-in məlumatına görə, bu barədə ölkənin neft və təbi sərvətlər naziri Əli əl Naimi açıqlama verib. Amerika Birləşmiş Ştatlarının (ABŞ) Hyuston şəhərində keçirilən “IHS CERAWeek 2016 Enerji Konferansı”nda çıxış edən Naimi ölkəsinin ötən həftə Venesuela, Qətər və Rusiya ilə birlikdə qəbul etdiyi neft hasilatının yanvar ayı səviyyəsində saxlanılması barədə qərarın birjalarda canlanma yaratdığını qeyd edib.
"Hasilatın dayandırılması barədə müzakirələrlə vaxt itirməyə ehtiyac yoxdur və hasilat dayandırılmayacaq."
Neft istehsalçısı olan ölkələr arasında etimadın az olduğunu xatırladan səud nazir hasilatın dayandırılması barədə müzakirələrlə vaxt itirməyə ehtiyac olmadığını və hasilatın dayandırılmayacağını deyib.
Neftin qiymətinin 100 dollar olduğu vaxtlarda ABŞ-ın qaya neftinin hasilatında çoxalma olduğu deyən Əli əl Nami, səmərəsiz hasilatçıların bazarın xaricində qalmalı olduqlarını bildirib.
Səudiyyə Ərəbistanının ABŞ-ın qaya nefti istehsalçılarına və digər ölkələrə “müharibə” elan etmədiyini deyən Naimi rəqabətin çox olduğu neft bazarında ən yaxşı nəticəni əldə etməyə çalışdıqlarını vurğulayıb.
Səud nazir qlobal neft tələbinin çoxalaraq bazarın tarazlaşacağına və qiymətlərin yenidən artacağına inandığını deyərək, hasilatın yanvar ayı səviyyəsində saxlanılması qərarına digər neft istehsalçısı ölkələrin də dəstək verəcəyinə ümid etdiyini bildirib.
Neft qiymətinin ucuz olmasına baxmayaraq Səud neft şirkəti “Aramco”nun investisiyaları məhdudlaşdırmadığını deyən Naimi ölkəsinin neft hasilatını maksumum səviyyədə saxlamaq üçün xərclərin davam edəcəyini əlavə edib.
Ötən gün İran İslam respublikasının neft naziri Bijen Namdar Zəngənə Səudiyyə Ərəbistanının və Rusiyanın neft hasilatının yanvar ayı səviyyəsində saxlanılması barədə əldə etdiyi razılaşmaya kəskin reaksiya bildirmişdi.