Avstraliya hərbi büdcəsini 21 milyard dollara qədər artırıb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Bundan əlavə, Avstraliya bu il 9 hərbi gəmi və 12 sualtı gəmi də alacaq.
Qeyd edək ki, Avstraliya Asiya-Sakit okean regionunda Çinlə rəqabətini artırıb. Pekinin bir müddət öncə Spratli adalarına öz ordularını yeritməsi və burada raketdən müdafiə sistemləri yerləşdirməsi Avstraliyanın etirazına səbəb olub. Ekspertlər Avstraliyanın öz hərbi büdcəsini artırmasının məhz Çinin bölgədə artan hərbi aktivliyi ilə əlaqədar olduğunu bildiriblər.