Ordunun 4 general və admiralı korrupsiyada ittiham olundu
26-02-2016, 09:23
Rusiya Silahlı Qüvvələrinin 4 yüksək rütbəli zabiti (general və admiral) barəsində korrupsiya cinayəti işi üzrə istintaq davam edir.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Hərbi İstintaq Baş İdarəsinin genişləndirilmiş toplantısında qurumun rəhbəri Aleksandr Soroçkin bildirib.
Onun sözlərinə görə, son 5 ildə başçılıq etdiyi idarəyə yüksək rütbəli zabitlərin işi üzrə 22 cinayət işi göndərilib: "Hazırda belə işlərdən 4-ü araşdırılır. Onların hamısı korrupsiya cinayətində ittiham edilirlər".