ABŞ-ın yüksək səlahiyyətli generalı:“Lazım gələrsə, Rusiyayla döyüşərik”
26-02-2016, 09:54
“Rusiya ABŞ üçün uzunmüddətli təhdid meydana gətirir, lazım gələrsə, Rusiya ilə döyüşüb qələbə çalarıq”.
Strateq.az xəbər verir ki, bu sözləri ABŞ ordusunun Avropadakı hərbi birləşmələrinin komandiri general Filip Breedlove deyib.
General ABŞ Nümayəndələr Palatasının Silahlı Xidmətlər Komissiyasında deputatların suallarını cavablandırarkən onu da qeyd edib ki, Rusiya son illərdə yenidən aqressivləşib: “Buna görə də ABŞ ordusu Avropada gücləndirilməlidir. Rusiya Avropadakı coğrafi üstünlüyü, müasir sualtı gəmiləri və silah sistemləri ilə öz təsir dairəsini genişləndirir. Biz isə müttəfiqlərimiz və tərəfdaşlarımızla Rusiyaya qarşı çəkindirici gücümüzü sergiləməyə çalışırıq. Ancaq lazım gələrsə, onunla döyüşüb qazanmağa da hazırıq".
Rusiyanın ABŞ-ı düşmən olaraq gördüyünü vurğulayan Breedlove ölkəsinin Türkiyəylə hərbi əlaqələrinə də aydınlıq gətirərək bildirib ki, bu ölkənin Baş Qərargah rəisi Hulusi Akar ilə sıx əməkdaşlıq edirlər:
"Türkiyə, bildiyiniz kimi, çox çətin coğrafiyada yerləşir. Cənubunda; olduqca ağır vətəndaş müharibəsi gedir. Şimalında; Qara dəniz yenidən Rusiyanın qalasına çevrilib. Amma sizi əmin edə bilərəm ki, müttəfiqimiz Türkiyə ilə hərbi baxımdan güclü və intensiv əlaqəmiz var. "