“Suriyada minlərlə rusiyalı hərbçi var” - MKİ rəhbəri
26-02-2016, 10:14
“Suriyada minlərlə rusiyalı hərbçi var”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan bildirib.
“Rusiya prezidenti Vladimir Putin Kremlin gündəliyində olan məsələləri müxtəlif vasitələrlə reallaşdırır. O, əməllərini gizlətmək istəyəndə, bunu kəşfiyyat və məxfi xidmətlərin köməyi ilə edir, lakin o minlərlə rusiyalı hərbçini və silah sistemlərini Suriyaya yeridərək, bunu aşkarcasına da edir”, – deyə Brennan “NPR”-ə müsahibəsində bildirib.