Atəşkəsə saatlar qalmış Suriyada dəhşətli bombardıman - Bir ailədən 8 nəfər öldü, Moskva isə təkzib edir
26-02-2016, 20:23
Rusiya Suriyada atəşkəsə saatlar qalmış yenidən bombardımana start verib.
Avropa.info xəbər verir ki, bu haqda Frans press agentliyi mərkəzi ofisi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatına istinadən xəbər yayıb. Suriya İnsan Haqları Təşkilatının rəhbəri Rami Abdulrəhman agentliyə bildirib ki, Rusiya bombardımançı təyyarələri bu gün maxalifləri və dinc sakinləri əvvəlki günlərdən daha çox bombalayıb. O rusların Dəməşqin Şərqi Quta bölgəsi , Hums və Hələb bölgəsindəki müxalifət mövqelərini vurduğunu deyib.Rami Abdulrəhman rus təyyarələrinin Hələbin Kaptan əl Cəbəl bölgəsində müxalifləri bombaladığını, 3-ü uşaq olmaqla eyni ailədən 8 nəfərin öldürüldüyünü qeyd edib.
Rusiya prezidenti Vladimir Putinin köməkçisi Dmitri Peskov isə iddiaları rədd edib.Peskov Rusiyanın Suriyada İŞİD, Nüsrət Cəbhəsi və digər qrupları vurduğunu və bundan sonra da, bu bombardımanı davam etdirəcəklərini deyib.
Qeyd edək ki, müqaviləyə görə bu gün 00:00-da Suriyada atəşkəs elan olunmalıdır.