29 yaşlı qız Fransanın iqtisadiyyat naziri Emmanuel Makrona çoxsaylı sevgi məktubu yazdığına görə həbs edilib.
O, öz ehtirasını erotik fotolarla da büruzə verib.
Əvvəlcə nazir məktublara diqqət yetirməyib. Ancaq pərəstişkarı əməlindən vaz keçməyib, daha da israrlı olub. Nəticədə, Makron rəsmi şikayət yazıb.
Polis qızın şəxsiyyətini müəyyən edib və axtarış qərarı ilə onun evinə baş çəkib. İndi o, həbsdədir. Fransız qanunlarına görə, nazirin pərəstişkarına bir ilə qədər həbs cəzası və 15 min avro cərimə düşür. (moderator.az)