İsraildə azan qadağan edilir – Netanyahu hökumətindən iyrənc addım

7-03-2016, 09:37           
İsraildə azan qadağan edilir – Netanyahu hökumətindən iyrənc addım
İsraildə azanın səs-küy etdiyi iddiasıyla qadağan edilməsini nəzərdə tutan qanun layihəsinə səs verilməsi gözlənilir. İqtidar partiyası üzvlərinin də aralarında olduğu millət vəkilləri tərəfindən hazırlanan və İsrail sərhədləri içərisində 5 vaxt azanın qadağan edilməsi istiqamətindəki qanun layihəsi, İsrail Məclisindəki Ərəb millət vəkillərinin və insan hüquqları təşkilatlarının ciddi etirazına səbəb olub.
İsrail Məclisindəki Ərəb millət vəkili Əhməd Tibi qanun layihəsini “İslam əleyhdarı və irqçi” olaraq xarakterizə edib. Tibi “Bu qanun İsraildəki İslam əleyhdarı və irqçi nümunələrin yenisidir. İsraildə gəlmiş – keçmiş ən radikal hökumət iqtidarda və bu qanunu hazırlayan millət vəkili bu hökumətin bir üzvüdür. İşğalçıların Şərqi Qüdsü işğalı da bu şəkildə sona çatmalıdır” – ifadəsində bildirib.
İsrail Məclisindəki başqa bir ərəb millət vəkili olan Basil Gattas da azan qadağası qanun layihəsini “İsrailin müsəlmanlara və ərəblərə qarşı mövqeyini göstərən utancverici nümunələrdən biri” olaraq xarakterizə edib. Azan qadağası qanun layihəsinin danışıqlarının dayandırılması i istiqamətində bir duyğu aldığını ifadə edən Gattas
“Düşünürəm ki, bu utancverici qanundan Netanyahu kimi biri belə imtina etmək məcburiyyətində qaldı” deyib.
İsrail Demokratiya İnstitutu adlı düşüncə quruluşu, Qanunvericilik İşləri Nazirlik Komissiyası üzvlərinə bir mesaj göndərərək “azan qadağası qanunun layihəsini rədd etmələrini” istəyib. İnstitutun veb səhifəsində də nəşr olunan mesajda, “azan qadağası qanun layihəsinin səs-küy ilə əlaqədar olmadığı əsl məqsədin dini azadlıqları məhdudlaşdırmaq olduğu” vurğulanıb.
Məktubda “Əgər bu qanun layihəsi keçsə, ayrılıqları artıracaq və müsəlman cəmiyyətini incitməyə istiqamətli bir cəhd olaraq görüləcək. Bərabərlik prinsiplərinə və dini azadlıqların qorunmasına bağlı olan bir hökumətin belə bir layihənin qanuniləşməsinə icazə verməməsi lazımdır” – ifadələrinə yer verilib.(moderator.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.