Ukraynanın işğal olunmuş Qorlovka rayonundakı qoşunlara rəhbərlik edən rusiyalı generalın adı bəlli olub.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi yayıb. Terrorçu dəstəyə rəhbərlik edən general İqor Timofeyevdir. O, Donbasda Sokolov soyadı ilə fəalliyyət göstərir.
Timofeyev Ukraynaya gəlməzdən öncə Adıgeyadakı 33-cü motoatıcı briqadaya rəhbərlik edib. Bu briqada isə Rusiya Cənub Hərbi Dairəsinin tərkibinə daxildir.
Ukrayna hərbi kəşfiyyatı həmçinin rus generalının fotosunu da ictimaiyyətə təqdim edib.